Bakıda köşk yandı, ölən var
    • 6-04-2024, 11:30
    • 121

Bakıda köşk yandı, ölən var

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 4 m² olan köşkün yanar konstruksiyaları yanıb.

News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğının kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar təhqiqat aparılır.