İran:
    • Bu gün, 09:59
    • 117

İran: "Avropa bütün diplomatik yolları bağladı"

İran Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, Baqiri Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq ilə telefonla danışıb.

News24.az xəbər verir ki, görüşdə Bakıri İsrailin bölgədəki hücumlarını və HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsinin səbəbkarını açıqlayıb. Bu sui-qəsdi “İranın milli suverenliyinə hücum” kimi qiymətləndirdiklərini bildirib.

Bəzi Avropa ölkələrinin İsrailin beynəlxalq hüquqa zidd terror aktlarına səssiz qaldığına diqqət çəkən Bakıri, "Bu vəziyyət Təl-Əvivdəki cinayətkar dəstənin təkəbbürünün güclənməsinə, bölgədə gərginlik və etibarsızlığın yayılmasına səbəb oldu" dedi. 

Qeyd edək ki, Avstriyanın xarici işlər naziri Şallenberq bölgədəki gərginliklə bağlı narahatlığını ifadə edib.

Şallenberq bəyan edib ki, bütün tərəflər təmkinli olmalı və gərginliyi azaltmaq üçün bütün diplomatik imkanlardan istifadə etməlidirlər.

İran xarici işlər nazirinin müavini Baqiri həmçinin deyib: 

"Avropa tərəfi sionist rejimin açıq terror hücumlarını pisləməməklə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bu rejimə qarşı çəkindirici qərar qəbul etməsinə mane olmaqla, praktiki olaraq bütün diplomatik kanalları bağlayıb".

Günel Məlikzadə