HƏMAS-ın yeni lideri İsrailə bir mesajdır?
    • 7-08-2024, 10:06
    • 556

HƏMAS-ın yeni lideri İsrailə bir mesajdır?

İsrail dövlət televiziyası KAN-ın Ərəb İşləri və Yaxın Şərq üzrə müxbiri Roi Kays iştirak etdiyi “Axşam xəbərləri” proqramında Yəhya Sinvarın siyasi büro rəhbəri təyin edildiyini bildirib.

News24.az xəbər verir ki, Sinvarın daha əvvəl HƏMAS-ın Qəzza Siyasi Bürosunun rəhbəri olduğunu xatırladan Kays, "Sinvar 7 oktyabr hücumlarının memarlarından biridir" dedi.

Kays, Sinvarın seçilməsinin İsrailə mesajlar verdiyinə diqqət çəkərək, "İsrailin təqiblərinə baxmayaraq Sinvarın yaşadığı, Qəzzada Həmas rəhbərliyinin hələ də mövcud və güclü olduğu, iqtidarda qalmağı planlaşdırdığı mesajını ehtiva edir" dedi.

Eyni zamanda, İsraildə yayımlanan Kanal 12-nin Yaxın Şərq məsələləri üzrə analitiki Ehud Yaari deyib: 

“Sinvarın başa keçməsi onun HƏMAS daxilindəki mövqeyinin təsdiqidir".

Yaari iddia edib ki, Sinvarın HƏMAS-ın digər üzvləri ilə ünsiyyətdə çətinlik çəkdiyi səbəbilə Siyasi Büro rəhbəri təyin edilməsi "indiki mərhələdə heç bir praktiki məna daşımır".

Digər tərəfdən, Hizbullahın verdiyi bəyanatda Sinvarın seçilməsi "İsrail və ABŞ və onu dəstəkləyən müttəfiqlərinə, Həmas qərarlarında həmrəy, möhkəm və prinsiplərində qətiyyətli olduğuna dair güclü bir mesajdır" ifadəsi işlədildi.

Bəyanatda qeyd olunub ki, Sinvarın seçilməsi “İsrailin liderləri və məsul şəxsləri öldürmək hədəflərinin iflasa uğradığını göstərir”.

Günel Məlikzadə