"Əsgərlərimizə edilən hücumlara dözməyəcəyik
    • Bu gün, 09:54
    • 102

"Əsgərlərimizə edilən hücumlara dözməyəcəyik"

ABŞ müdafiə naziri Lloyd Austin verdiyi açıqlamalarda Yaxın Şərqdəki son hadisələri yaxından izlədiklərini həm İsrailin, həm də Amerika əsgərlərinin təhlükəsizliyinin təmin edilməsi mövzusunda həssas olduqlarını bildirib.

News24.az xəbər verir ki, İraqdakı Ayn Əl-Əsəd bazasına edilən hücumda bəzi ABŞ əsgərlərinin yaralandığını xatırladan Ostin, "Şübhəsiz ki, ABŞ bölgədə xidmət edən əsgərlərimizə qarşı edilən hücumlara dözməyəcək" dedi. 

Nazir Ostin, Ayn Əl-Əsəd bazasına edilən hücumun arxasında İranın dəstəklədiyi şiə milislərin olduğunu bildirib, lakin istintaq davam etdiyi üçün bu mərhələdə konkret bir qrupun adını çəkməyəcəyini də əlavə edib.

Ostin, Yaxın Şərqdəki hərbi varlıqlarını son vəziyyətə görə yenidən təşkil etdiklərini və İsrail və Amerika əsgərlərinin bölgədəki təhlükəsizliyi üçün əlavə qüvvələr göndərdiklərini vurğulayaraq, ballistik raketdən müdafiə və hava hücumundan müdafiə imkanlarını gücləndirdiklərini qeyd edib.

ABŞ-lı nazir isə regionda gərginliyin azalmasının bütün ölkələrin xeyrinə olacağına inandıqlarını və bunun üçün səy göstərdiklərini müdafiə edib.

Günel Məlikzadə