Bu ölkə Ukraynaya 32 F-16 qırıcısı verəcək
    • 8-04-2024, 15:20
    • 128

Bu ölkə Ukraynaya 32 F-16 qırıcısı verəcək

Yunanıstan utilizasiyaya məruz qalan 108 köhnə qırıcını satmağa hazırlaşır, onlardan 32 F-16C/-D Blok 30 təyyarəsi böyük ehtimalla Ukraynaya veriləcək.

News24.az xəbər verir ki, bu barədə newsbreak.gr informasiya portalı məlumat yayıb.

“Milli Müdafiə Naziri Nikolaos Dendias, Müdafiə Silahlanma və İnvestisiya Baş Müdirliyinə son səfəri zamanı bildirib ki, Hərbi Hava Qüvvələrinin islahat planı “Gündəm 2030” 2030-cu ilə qədər Hərbi Hava Qüvvələrinin 200 müasir 4.5 və 5-ci təyyarəyə malik olmasını nəzərdə tutur”, – məlumatda qeyd edilib.

Yeni silahların xərclərini ödəmək üçün istismardan çıxarılmalı olan 108 qırıcının satılması planlaşdırılır. 

Mehriban Mirzəzadə