90 qəpiklik dərman 5.90-a... - Müğənni qiymətlərdən dad elədi
    • 8-04-2024, 19:39
    • 139

90 qəpiklik dərman 5.90-a... - Müğənni qiymətlərdən dad elədi

"İstanbulda hər şey ucuzdur" deyənlər, Türkiyədə o haradadır? Mən şokdayam. Bakıda aldığım türk malı burada 15-20 faiz bahadır”.

News24.az axşam.az-a istinadla  xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova sosial şəbəkədə yazıb.

O, Türkiyədəki qiymət bahalığından gileylənib:

“Devalvasiyanı anlayıram. Lirə olaraq qiymət dəyişilməsi ola bilər, amma valyuta qiymətini də artırırlar axı. Aptekdən saç lakı və başqa bir şey aldım, 14 manat. Bizdə o, 3-4 manatdır. 90 qəpiklik dərman isə 5,90... İndi hamı deyər ki, o elədir, bu, belədir...

Mən bunları misal gətirdim. Hotel qiymətindən tutmuş hər şeydə eyni haldır. Hər şey belədir. Ölkəmizin qədrini bilək. Bahalaşma bütün dünyada var, amma bizdə bura nisbətən çox yaxşıdır. Allah hamımıza kömək olsun, bu bayramda Allah niyyətlərimizi qəbul etsin”.

Qeyd edək ki, İlhamənin Türkiyə səfərinin məqsədi Xalq artisti Salman Qəmbərovun “Bakustic Jazz” layihəsi çərçivəsində keçirilən konsertdə çıxış etmək olub.