Ekvador və Meksika arasında "böhran"
    • 9-04-2024, 10:08
    • 112

Ekvador və Meksika arasında "böhran"

Ekvador prezidenti Daniel Noboa, Ekvador polisinin Meksikanın Kito səfirliyinə basqını ilə bağlı "Meksika ilə misli görünməmiş və mürəkkəb bir böhran yaşayırıq" dedi.

News24.az xəbər verir ki,v paytaxt Kitoda Prezident sarayında mətbuata açıqlama verən Noboa aprelin 6-da səfirliyə basqına toxunub.

Noboa, milli təhlükəsizliklərini qorumaq üçün "fövqəladə" bir qərar qəbul etməli olduqlarını vurğulayaraq, "Biz cinayətkarların və narkotik terrorçuların toxunulmazlığını rədd edən bir anlayışı təmsil edirik. Meksika ilə misli görünməmiş və mürəkkəb bir böhran yaşayırıq. Bunun fərqindəyik" qiymətləndirməsini etdi.

Beynəlxalq hüququn bütün normalarına hörmət etdiklərini bildirən Noboa Ekvadorun sülh və ədalət ölkəsi olduğunu bildirib.

Günel Məlikzadə