Polis səfirliyə basqın etdi
    • 6-04-2024, 14:15
    • 160

Polis səfirliyə basqın etdi

Ekvadorun keçmiş səfiri Xorxe Qlas korrupsiya ittihamı ilə hakim qarşısına çıxıb və 2 müxtəlif cinayətdə təqsirli bilinib. Ötən ilin dekabrında Qlas Ekvadorun paytaxtı Kito şəhərindəki Meksika səfirliyinə sığınaraq siyasi sığınacaq istəyib.

News24.az xəbər verir ki, Ekvador hakimiyyəti həmin gündən səfirlikdə olan Ekvadorun keçmiş vitse-prezidenti Qlasa qarşı tədbir görüb.

Ekvador polisi Qlasın sığındığı Meksika səfirliyinə soxularaq basqın edib. Glas polisin əməliyyatı ilə tutuldu.

Meksikadan reaksiya dərhal oldu. Prezident Manuel Lopez Obrador xarici işlər nazirinə Ekvadorla diplomatik əlaqələri dayandırmaq barədə göstəriş verdiyini açıqlayıb. O, edilənlərin beynəlxalq hüququn və Meksikanın suverenliyinin pozulması olduğunu bildirib.

Günel Məlikzadə