“İtaliya NATO-nun şərq cinahını gücləndirir”
    • 12-04-2024, 20:48
    • 198

“İtaliya NATO-nun şərq cinahını gücləndirir”

İtaliya ordusunun generalı Figliuolo dünən Senat və Nümayəndələr Palatasının Birgə Müdafiə və Xarici Əlaqələr Komitəsinin iclasında iştirak edib. İtaliya ordusunun üzərinə götürdüyü bəzi missiyalar haqqında məlumat verib. 

News24.az xəbər verir ki, Figliuolo İtaliyanın NATO-nun şərq cinahını gücləndirməkdə qərarlı olduğunu bildirib.

Bu çərçivədə Figliuolo, Atlantik Alyansının şərq cinahında və Baltik dənizində 3 min əsgər, 1100 quru vasitəsi, 20 təyyarə, 1 ədəd "Fremm" sinifli çoxməqsədli Luigi Rizzo freqatının vəzifə yerinə yetirdiyini açıqlayıb.

Figliuolo qeyd edib ki, Polşadakı Malbork aviabazasında 4 Eurofighter Typhoon təyyarəsi, 1 informasiya kəşfiyyat təyyarəsi və 220 əsgər işləyir. Figliuolo təyyarələrin Rusiya təyyarələrinin qarşısını almaq kimi missiyalarda da iştirak etdiyini bildirib.

General Figliuolo İtaliyanın 2023-cü ildə 1420 Ukrayna əsgərinə təlim keçməsi ilə bağlı məlumatı da paylaşıb.

Qəzzadakı vəziyyətə də toxunan Fiqliuolo bildirib ki, hazırda Rəfahda səhra xəstəxanasının yaradılması üçün heç bir şərait yoxdur.

Günel Məlikzadə