Putinin yeni hədəfi kimdir? - FOTO
    • 12-04-2024, 16:17
    • 227

Putinin yeni hədəfi kimdir? - FOTO

 Wall Street Journal-ın yazdığına görə, Putinə qarşı sərt müxalifəti ilə seçilən Kara-Murza dəmir barmaqlıqlar arxasında ölən növbəti rus dissident ola bilər. 

News24.az xəbər verir ki, Rusiyanın ən tanınmış müxalifət lideri Aleksey Navalnının ötən ay vəfatından sonra Vladimir Kara-Murza ölkənin əsas siyasi məhbusuna çevrilib.

Xatırladaq ki, Kara-Murza Ukraynanın hücumunu müharibə hesab edərək açıq şəkildə pisləyib. Bir həftə sonra o, Moskvadakı evinin qarşısında müharibə ilə bağlı “saxta xəbərlər” yaymaqda ittiham edilərək həbs edilib.

Dövlətə xəyanətlə bağlı məhkəmə prosesi bağlı qapılar arxasında keçirilib. Çünki orada Kremlin “dövlət sirri” hesab etdiyi məlumatlar olur. 

Kara-Murza 25 il müddətinə azadlıqdan məhrum edilib. Bu, Rusiyada istənilən siyasi məhbusun çəkdiyi ən uzun həbs cəzasıdır.

Günel Məlikzadə