İsraildə məktəblər yenidən açıldı
    • 15-04-2024, 09:11
    • 1 535

İsraildə məktəblər yenidən açıldı

İsrail ordusundan verilən açıqlamada təhdid qiymətləndirməsinin ardından ölkə vaxtı ilə bu gecə saat 00:00-dan etibarən təhlükəsizlik siyasətlərində dəyişiklik edildiyi bildirilib.

News24.az xəbər verir ki, bu çərçivədə ölkə daxilində təhsil fəaliyyətlərinin yenidən başlamasına qərar verildiyi bildirilib. Vətəndaşların bir araya gəlməsinə qoyulan məhdudiyyətin də qaldırıldığı vurğulanıb.

Xatırladaq ki, İsrail ordusu aprelin 13-14-də İrandan gələ biləcək hücum təhlükəsi səbəbindən ölkə daxilində məktəblərin bağlandığını açıqlayıb.

Günel Məlikzadə