AFFA-nın yeni prezidenti İLK TAPŞIRIĞINI VERDİ
    • 15-04-2024, 11:58
    • 301

AFFA-nın yeni prezidenti İLK TAPŞIRIĞINI VERDİ

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf baş katibliyə ilk tapşırığını verib.

Aprelin 2-də futbol təsərrüfatının başına keçən SOCAR-ın şefi federasiyanın işçi heyəti barədə raport hazırlanmasını istəyib.

O, qurumda çalışan personalın hər bir üzvünün dosyesi ilə şəxsən tanış olmaq niyyətindədir.

R.Nəcəfu maraqlandıran məsələ Elxan Məmmədovun AFFA-ya yerləşdirdiyi kadrların sayını və gücünü bilməkdir. Həmçinin onların nə iş gördüyünü və nə qədər maaş aldjığını dəqiqləşdirməkdir.

Güman ki, bir müddət sonra AFFA-da islahatlar başlayacaq. Federasiya 14 il bura rəhbərlik etmiş E.Məmmədovun adamlarından təmizlənəcək.//sportinfo