“Ukraynanın sursata çox ehtiyacı var” - Duda
    • 15-04-2024, 12:33
    • 147

“Ukraynanın sursata çox ehtiyacı var” - Duda

Polşa prezidenti Anjey Duda Ukraynadakı vəziyyəti çox çətin hesab edir və Kiyevin Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərini geri qaytarması üçün mümkün olan hər şeyi etməyə çağırır.

News24.az xəbər verir ki, Duda bu barədə LRT-yə müsahibəsində danışıb.

Polşa prezidentinin sözlərinə görə,  Ukraynanın Polşanın köməyinə ehtiyacı var . O qeyd edib ki, hazırda Ukraynanın ən çox ehtiyacı olan sursatdır.

“Ukraynada vəziyyət çox ağırdır. Ukrayna işğal olunmuş ərazilər üzərində tam nəzarəti bərpa etmək istəyir. Bilirəm ki, Vladimir Zelenski müdafiə və ərazilərin geri qaytarılması ilə bağlı çox sərt mövqe tutur ki, Ukrayna ondan alınan bütün əraziləri geri qaytarsın”,- deyə o qeyd edib.

Ötən həftə Duda Vilnüsdə prezident Zelenski ilə görüşdə Polşadan Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün Sovet raketlərinin təhvil verilməsini müzakirə edib.

Mehriban Mirzəzadə