Ukraynanın Krımı qaytaracağına inanmıram- Duda
    • 3-02-2024, 16:00
    • 152

Ukraynanın Krımı qaytaracağına inanmıram- Duda

Ukraynanın Krım üzərində nəzarəti bərpa edə biləcəyinə əmin deyiləm, lakin onun Donetsk və Luqanski qaytara biləcəyinə inanıram.

News24.az xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda deyib.

“Bu suala cavab vermək mənim üçün çətindir. Ukraynanın Krımı qaytarıb-qaytarmayacağını bilmirəm, amma inanıram ki, o, Donetsk və Luqanski qaytaracaq”.

Onun sözlərinə görə, Krım yarımadası xüsusi yerdir, tarixə nəzər salsanız, bu ərazi çox vaxt Rusiyanın əlində olub.

Qeyd edək ki, Dudanın sözləri Polşanın hakim Avropayönlü koalisiyasından olan deputatlar tərəfindən tənqid edilib.

Mehriban Mirzəzadə