"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri bilindi - VİDEO
    • 15-04-2024, 13:33
    • 414

"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri bilindi - VİDEO

Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib.

RTV Offsideplus-a istinadən xəbər verir ki, buna Qazaxıstan və Litva çempionatlarında qızıl medalçının səbətinin bəlli olması ilə aydınlıq gəlib.

Belə ki, “Panevejis” və “Ordabasi”nin püşkatma zamanı səpələnməmişlərdə yer alacağı dəqiqləşib. Bu da o deməkdir ki, püşkdə güclülərin səbətində qərarlaşacaq “Qarabağ” adları çəkilən komandalara rəqib ola bilər.

Qeyd edək ki, daha əvvəl İslandiya klubu “Vikinqur”un Ağdam təmsilçisinin mümkün rəqibi olacağı bilinirdi.