"X (Twitter)" ödənişli olur
    • 16-04-2024, 19:30
    • 112

"X (Twitter)" ödənişli olur

Məşhur sosial media platforması Twitter və ya onun yeni adı X-də pulsuz paylaşa, şərh edə və başqalarını izləyə bilərsiniz. Ancaq son məlumatlara görə bu vəziyyət sona çatmaq üzrədir. Beləliklə, X ödənişli olur. 

News24.az xəbər verir ki, X-in yeni üzvlərdən ödəniş alacağı məlum oldu. 

İstifadəçilər paylaşmaq, yazılara cavab vermək, bəyənmək və saxlamaq üçün 1 dollar ödəməli olacaqlar. Əslində, bu sistem artıq Yeni Zelandiya və Filippində sınaqdan keçirilirdi. İndi görünür ki, daha geniş yeri əhatə etməyə başlayır.

Şirkətin baş icraçı direktoru və texniki direktoru İlon Mask rəsmi hesabında paylaşdığı yazıda bu tətbiqin bot hesablarını bloklamaq üçün aktivləşdiriləcəyini təsdiqləyib. Mask, süni intellekt vasitələrinin bot testindən keçə bildiyini bildirdi.

Günel Məlikzadə