TikTok-un istifadəsi dayandırılacaq
    • 16-04-2024, 17:37
    • 200

TikTok-un istifadəsi dayandırılacaq

Sosial Şəbəkələrin və Messengerlərin Peşəkar İstifadəçiləri Assosiasiyası (APPSIM) Roskomnadzor-a Rusiyada TikTok-u bloklamaq barədə düşünməyi təklif edib. Mütəxəssislər hesab edirlər ki, Rusiya sosial şəbəkələri bunun sayəsində öz auditoriyasını təxminən 30 milyon nəfər artıracaq - bu, tətbiqin Rusiya seqmentinin hazırkı auditoriyasıdır. 

News24.az  xəbər verir ki, müraciət qəbul edib və mayın 8-dək baxılacaq.

TikTok tətbiqi hazırda Rusiyada işləyir, lakin yalnız iki il əvvəlki videolar mövcuddur. APPSIM-in müraciətində xatırlatdığı kimi, bloqqerlər eyni zamanda baxışlardan əldə etdikləri gəlirdən də məhrum olublar.

"Əslində bu platformanın bu gün Rusiyada etdiyi hər şey istifadəçiləri TikTok-u əvəz edən yerli platformalardan uzaqlaşdırır", - Assosiasiya hesab edir.

Mehriban Mirzəzadə