"O ölkə BMT-dən çıxarılsın"
    • 17-04-2024, 16:51
    • 110

"O ölkə BMT-dən çıxarılsın"

Meksika prezidenti Andres Manuel Lopez Obrador, Quito səfirliyinə basqın səbəbindən Meksikanın Birləşmiş Millətlər Təşkilatından (BMT) çıxarılmasını tələb edib.

News24.az xəbər verir ki, Obrador ölkəsinə göstərilən dəstəyə görə təşəkkür edib.

Ekvador polisinin ölkəsinin Kito səfirliyinə basqını xatırladan Obrador, "Meksikanın diplomatik qərargahına təzyiqlərin təkrarlanmamasını və rəsmi üzr istənilməsini şərtləndiririk. Bunlar edilməzsə, rəsmi şikayət edəcəyik ki, Ekvador BMT-dən çıxarılsın” dedi.

Ekvadorun Meksikanın suverenliyini açıq şəkildə pozduğunu vurğulayan Obrador, səfirliklərinə basqın hadisəsinin "son dərəcə" ciddi olduğunu bildirib.

Qeyd edək ki, Ekvador Prezidenti Daniel Noboa özəl televiziyaya verdiyi açıqlamada Meksika səfirliyinə basqından peşman olmadıqlarını bildirib.

Meksika ilə diplomatik gərginliyə son qoymaq üçün Obradoru şam yeməyinə dəvət edəcəyini bildirən Noboa, "Yeməkdə yəqin ki, tacos (Meksika ənənəvi yeməkləri) və ya ceviche olacaq" dedi.

Obrador isə Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında Noboanın şam yeməyi təklifi ilə bağlı suala belə cavab verib: "Şərh ediləcək bir şey yoxdur, əhəmiyyətsiz bir məsələdir". 

Günel Məlikzadə