Türkiyədən Fələstinə tam dəstək
    • 17-04-2024, 22:00
    • 125

Türkiyədən Fələstinə tam dəstək

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyə son vaxtlar gündəmdə olan Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir.

News24.az xəbər verir ki, tam üzvlük üçün BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) təsdiqini və BMT Baş Assambleyasının üçdə ikisinin dəstəyini tələb etdiyini xatırladan diplomatik mənbələr BMT TŞ-nin aprelin 18-də keçiriləcək iclasına işarə ediblər.

Diplomatik mənbələr BMT TŞ-nin müvəqqəti üzvü Əlcəzairin bu iclasda Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünə dair qətnamə layihəsini təqdim edəcəyini və təsdiq prosesini başlatacağını bildirib.

Həmçinin Əlcəzairin təqdim etdiyi qətnamə layihəsinə ABŞ-ın veto qoyacağının təxmin edildiyini qeyd edilib.

Günel Məlikzadə