Avropanın 20-ci əsr diktatorları harada dəfn olunub? - FOTOlar
    • 18-04-2024, 13:40
    • 147

Avropanın 20-ci əsr diktatorları harada dəfn olunub? - FOTOlar

Avropanın 20-ci əsr diktatorları harada dəfn olunub?

News24.az sizin üçün Avropanın ən qəddar keçmiş diktatorlarının dəfn yerlərini toplayıb.

Benito Mussolini (1883 - 1945) İtaliya

İtalyan siyasətçisi, Milli Faşist Partiyasının qurucusu və lideri, 1922-ci ildən 1945-ci ilə qədər hakimiyyətdə olub və ölkəsini diktator kimi idarə edib.

1945-ci ildə məşuqəsi Petaççi ilə qaçmaq istəyərkən güllələndilər, sonra isə cəsədləri başıaşağı asılıb.

Keçmiş liderin cəsədi Musokkoda naməlum bir qəbirdə dəfn edilib.

1946-cı ildə onun cəsədi Domenico Leccisi adlı italyan siyasətçi və iki neofaşist tərəfindən eksqumasiya edilib və qaçırılıb. Onun cəsədi 11 il Milanın yaxınlığındakı Certosa di Pavia-da qarderobda gizlədilib.



İosif Stalin (1878 - 1953) SSRİ

Kommunist Partiyasının baş katibi vəzifəsində çalışmış İosif Stalin 1924-1953-cü illərdə Sovet İttifaqına rəhbərlik edib.

Onun diktaturası SSRİ xalqını dəhşətə gətiririb.

Milyonlarla insanın ölümünə səbəb olan qəddar və amansız diktator 74 yaşında insult keçirərək Moskvadan kənarda faciəvi şəkildə dünyasını dəyişib.

Ölümündən sonra cəsədi Leninin yanında qaldı, lakin 1961-ci ildə Nikita Xruşşov tərəfindən Kremlin Divar qəbiristanlığında dəfn edildi.

Qeyd edək ki, Stalinin məzarı Moskvada turistlərin ziyarət etdiyi yerlərdən biridir.


Adolf Hitler (1889 - 1945) Almaniya

Nasist Partiyası tərəfindən dəstəklənən Hitler 1933-1945-ci illərdə Almaniyanı dəmir yumruqla idarə edib.

Onun həyatı haqqında çox şey məlum olsa da, ölümünün sirri hələ də aydın deyil. Bir çox nəzəriyyələr irəli sürülsə də, ortaq inanc odur ki, o və həyat yoldaşı Eva əvvəlcə zəhər içərək, sonra isə özlərini güllələyərək intihar ediblər.

Onun cəsədi Fürerbunkerdə öz vəsiyyətinə görə benzinlə yandırılsa da, yarılma nəticəsində müəyyən edilən qalıqları sovet əsgərləri tərəfindən tapılıb.

Bildirilir ki, sovet administratorları daha sonra Hitlerin qalıqlarını basdırıblar. Qısa müddət sonra Hitler və həyat yoldaşı Eva Braunun qalıqları eksqumasiya edilib, tamamilə yandırılıb. Külləri Elba çayının qolu olan Biederitz çayına tökülüb.

Digər bir sui-qəsd nəzəriyyəsi isə milyonlarla insanın öldürülməsini əmr edən və dünyanın ən böyük mülki qətliamlarından birini həyata keçirən diktatorun Argentinaya qaçmasıdır.

Çünki Nasist Partiyasının bir çox üzvü Hitler dövrü bitdikdən sonra Latın Amerikası ölkələrinə qaçıb.

Fransisko Franko (1892 - 1975) İspaniya

İspaniya tarixinin bir dönəmində iz qoymuş diktator Franko məzarından belə insanların diqqətini çəkməyə davam edir.

İş o yerə çatıb ki, yeni seçilmiş İspaniya Sosialist Partiyası hökuməti keçmiş faşist diktatorun qalıqlarını 40 ildən artıq dəfn olunduğu Valle de Los Kaydosdan çıxararaq El Pardo qəbiristanlığına köçürməyi planlaşdırır.

El Pardo keçmiş kral iqamətgahına yaxın olsa da, Madrid administrasiyası Valle de Los Kaydosu diktaturanı tərənnüm edən bir yer olmaqdan xilas etmək istədiyi üçün belə bir addım atdığını bildirir.

Hökumət Valle de Los Caidosun vətəndaş müharibəsi dövrünə aid bir abidə olaraq qalmasını istəyir.


Günel Məlikzadə