İlon Maskdan "Vine" üçün yeni bir siqnal
    • 18-04-2024, 17:08
    • 94

İlon Maskdan "Vine" üçün yeni bir siqnal

Mask sosial media platformasında hər şeyin edilə bilməsi üçün daim yeniliklər edir

News24.az xəbər verir ki, İlon Mask iki il əvvəl Twitter-i alarkən Vine-a söz vermişdi. 

Əslində Maskın bu vədi artıq unutduğu düşünülürdü. Ancaq bu gün X hesabında açılan sorğu ilə tətbiqin pərəstişkarları yenidən həyəcanlanmağa başladı. Əslində Mask iki il əvvəl də oxşar bir anket açmışdı. L\

Anketdə Mask sadə bir sual verdi: 

"Vine geri qayıtsın, ya yox?"

İndiyə qədər 900 mindən çox adamın səs verdiyi sorğuda Vine-nin geri dönməsini istəyənlər 70% nisbətində öndədir.

Bildiyiniz kimi, İlon Mask belə sorğulara böyük əhəmiyyət verir. Keçmişdə Tesla səhmlərinin satışı kimi ciddi qərarlar belə sorğular vasitəsilə qəbul edilirdi. Bu mənada sorğunun nəticələrindən sonra tətbiq üçün yeni bir dövr açıla bilər.

Beləliklə, sizcə Vine videoları geri qayıtmalıdır? Sizcə Elon Musk TikTok rəqib tətbiqi üçün nə vaxt hərəkətə keçəcək?

Günel Məlikzadə