Ərdoğan 13 ildən sonra İraqda
    • 22-04-2024, 12:57
    • 118

Ərdoğan 13 ildən sonra İraqda

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13 ildən sonra ilk dəfə İraqa rəsmi səfərə yola düşüb.

News24.az xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.

Məlumata görə, Ərdoğan İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Baş nazir Məhəmməd Şiya əs-Sudani ilə görüşəcək.

Qeyd edək ki, səfər çərçivəsində təhlükəsizlik başda olmaqla ticarət əlaqələri, su problemi, təbii qaz və neft ixracı məsələləri müzakirə olunacaq. Tərəflər arasında terrora qarşı mübarizə mərkəzinin yaradılması planlaşdırılır.

Mehriban Mirzəzadə