Sumqayıtda yaşayış binasında yanğın
    • 23-04-2024, 16:46
    • 93

Sumqayıtda yaşayış binasında yanğın

Sumqayıtda yanğın baş verib.

FHN-dən News24.az-a verilən xəbərə görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 4-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 12 p.m yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.