7 ildir kişi olduğu düşünülürdü..
    • 24-04-2024, 15:49
    • 295

7 ildir kişi olduğu düşünülürdü..

Yaponiyada 7 ildir erkək olduğu düşünülən begemot dişi olduğu bilinib.

News24.az xəbər verir ki, Yaponiyada erkək olduğu bildirilərək zooparka gətirilən begemotun DNT testi nəticəsində 7 ildən sonra dişi olduğu müəyyənləşib.

Aprelin 18-də Yaponiyanın Osaka Tennoji zooparkından verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

“Gen-chan 2017-ci ildə Meksikadakı Afrika Safarisindən erkək kimi gətirilib və indiyə qədər erkək kimi böyüyüyb. Lakin yaşlandıqca o, erkəklərə xas davranış nümayiş etdirməyib və onun cinsiyyət orqanları vizual olaraq yoxlanıla bilməyib. Onun həqiqətən erkək olub-olmadığına dair bəzi şübhələr olub. Nəticədə kənar təşkilat tərəfindən DNT testi aparılıb və heyvanın dişi olduğu müəyyən edilib”.

Günel Məlikzadə