Bu portret 32 milyon dollara SATILDI - FOTO
    • 25-04-2024, 16:26
    • 265

Bu portret 32 milyon dollara SATILDI - FOTO

Avstriyanın paytaxtı Vyanada təxminən 100 ildir itdiyi güman edilən avstriyalı modernist rəssam Qustav Klimtin "Miss Lieserin portreti" adlı əsəri Vyanada yerləşən im Kinsky Hərrac Evində hərraca çıxarılıb. 

News24.az xəbər verir ki, rəsm 32-53 milyon dollar arasında qiymətləndirildikdən sonra 32 milyon dollara satılıb. Alıcının kimliyi isə ictimaiyyətlə paylaşılmayıb.

Bildirilib ki, Klimt sözügedən tablonu çəkməyə ölümündən bir il əvvəl 1917-ci ildə başlayıb.

Qeyd edək ki, rəsmin 1918-1925-ci illər arasında Lizer ailəsinə hədiyyə edildiyi güman edilir.

Portretin o dövrdə Vyana cəmiyyətində yüksək statusa malik olan ailənin qızlarından birinə aid olduğu təxmin edilir.

Günel Məlikzadə