Həbs edilmiş bankir 13 ay sonra azadlığa buraxıldı
    • Dünən, 22:43
    • 50

Həbs edilmiş bankir 13 ay sonra azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində lisenziyası ləğv edilmiş "Muğanbank”ın vəzifəli şəxsinin məhkəməsi başa çatıb.

News24.az "Qafqazinfo”-ya istinadla xəbər verir ki, bankın "Paytaxt” və "Universal” filiallarının müdiri, eləcə də bir sıra digər yüksək vəzifələr tutmuş İdris Məmmədova hökm oxunub. O, Cinayət Məcəlləsinin 179.3.2, 308 və 313-cü (Külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.

Bildirilib ki, İ.Məmmədov 2007-2023-cü illərdə bankda yüksək vəzifələrdə çalışıb. Ötən ilin iyun ayında o işdən çıxarılıb və barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Məlum olub ki, İdris Məmmədov sənədlərin saxtalaşdırılması və digər yollarla banka məxsus yüzminlərlə pul vəsaitini mənimsəyərək ələ keçirib.

O, 4 iyul 2023-cü il tarixdə həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə İ.Məmmədovun törətdiyi əməllərlə bağlı cinayət məsuliyyətinə cəlbetmə vaxtı keçdiyinə görə ona mənimsəmə faktları üzrə cəza təyin edilməyib. O, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin cəzası 1 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib. 13 ay həbsdə saxlanılan bankir məhkəmə zalından azadlığa buraxılıb.