Heç kimin tanımadığı dini rejim:
    • Dünən, 22:24
    • 61

Heç kimin tanımadığı dini rejim:

Taliban Hərəkatının paytaxt Kabili ələ keçirməsindən üç il ötür. Buna baxmayaraq, Əfqanıstan iqtisadi cəhətdən qeyri-sabit və beynəlxalq səviyyədə tanınmamış qalmaqda davam edir. Bir çox ölkə Kabillə diplomatik əlaqələr saxlasa da, heç biri Taliban rejimi ilə tərəfdaşlıq əlaqələri qurmayıb. Bu, Talibana legitimlik qazanmaqda və əhalini dolandırmaqda çətinliklər yaradır. Talibanın yeganə ümidi Çinədir.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Çin Əfqanıstanın təbii ehtiyatlarına maraq göstərir:

"Taliban bu maraqdan faydalanmağa çalışır. Əfqanıstan qiymətli minerallarla zəngindir, nadir metalların, o cümlədən lantan, serium və neodimiumun təxminən trilyon dollarlıq ehtiyatı var. Bu resurslar elektronikadan tutmuş nəqliyyat vasitələrinə qədər müxtəlif yüksək texnologiyalı sənayelər üçün vacibdir. Ancaq mövcud gesosiyasi vəziyyət və regional gərginlik Əfqanıstana bu minerallardan istifadəyə imkan vermir.

Çin riskə gedərək qeyri-sabit ölkənin resurslarından istifadə qərarın gəlib. Çin şirkətləri 2022-ci ildən Əfqanıstanda mövcudluqlarını gücləndirib, müxtəlif mədən sazişləri imzalanıb. Çinin iri neft-qaz şirkəti Amudərya hövzəsində neft hasilatı üçün Talibanla müqavilə bağlayıb. Çin Əfqanıstanda elektrik enerjisi, sement istehsalı və səhiyyə kimi sektorlara 350 milyon dollarlıq investisiya yatırmağı planlaşdırır.

Ortada hələ real fəaliyyət olmasa da, Çin Talibanla əməkdaşlıq zəminində bölgədə təsirini gücləndirir. Qərbin Talibanla əməkdaşlığı olmadığına görə, Pekin Əfqanıstanın resursları uğrunda mübarizədə ön plandadır. Çinin Pakistanla sıx münasibətləri də Pekin üçün vacibdir. Çinin Əfqanıstanla sıx əlaqələri Mərkəzi Asiyanın kritik resursları uğrunda mübarizədə də Pekinə üstünlük qazandırır.

Taliban Çinə borclarını qaytara bilməyəcək. Bu, Əfqanıstanı Çindən asılı vəziyyətə salacaq. Bu, Pekinin ənənəvi siyasətidir. Çin Talibanın beynəlxalq təcridindən regiondakı strateji-iqtisadi maraqlarını təmin etmək üçün istifadə edəcək. Talibanın bu məsələdə alternativi qalmayıb. Bu şəriklik adi əfqanların rifahını artıracaqmı?".