"Şəhid olacağını hiss etmişdi" - Yaxını Haniyənin son anlarını danışdı
    • Dünən, 23:26
    • 45

"Şəhid olacağını hiss etmişdi" - Yaxını Haniyənin son anlarını danışdı

HƏMAS-ın Tehrandakı nümayəndəsi Xalid Kaddumi sui-qəsdə məruz qalaraq şəhid olan Haniyənin son anları barədə danışıb.

News24.az Demokrat.az-a istinadla xəbər verir ki, bu barədə “Aksam.com” məlumat yayıb.

Kaddumi, gecə gec saatlarda iqamətgahına qayıdan Haniyənin axşam namazını qıldığını, sonra birlikdə söhbət etdiklərini bildirib. 

“Şəhid Fuad Şükrün öldürülməsindən, şəhidliyin fəzilətindən və gözəl sonluğundan danışdıq. O, dedi ki, bu, sionist birləşmələrə qarşı vuruşan hər bir mücahid qardaş üçün xoşbəxt sondur”,- deyə Kaddumi qeyd edib.

İsmayıl Haniyənin həyatının son anlarını izah edən Həmas rəsmisi sözlərini belə davam etdirib:

“Təxminən 01:37-də binada təkan olduğunu və güclü tüstü gördüm. Sonradan öyrəndik ki, Həcc Əbu'l-Abd şəhid olub. Binadakı sarsıntının şiddətindən ildırım və ya zəlzələ olduğunu düşündüm. Pəncərəni açdım, nə yağış, nə də göy gurultusu gördüm. Hava isti idi. Dördüncü mərtəbəyə qalxdıq. Şəhidin tapıldığı yerin divar və tavanının uçaraq dağıldığı müəyyən edilib. Hücumdan sonra məkanın görünüşündən və şəhid lider İsmayıl Haniyənin cəsədindən bunun havadan atılan güllə - raket və ya bomba olduğu müəyyənləşdi"