“Mançester Siti” futbolçusunu icarəyə verdi
    • Dünən, 23:59
    • 38

“Mançester Siti” futbolçusunu icarəyə verdi

“Mançester Siti”nin müdafiəçisi Yann Kouto Dortmund “Borussiya”sına keçib.

News24.az Apasport.az-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu gələn ilin iyun ayının sonuna kimi icarəyə götürülüb. Müqaviləyə 25 milyon avroluq satınalma şərti daxildir.

Kouto ötən mövsüm “Jirona”da icarə əsasında çıxış edib. Braziliyalı müdafiəçi İspaniya çempionatında 34 matçda iştirak edib, 1 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Borussiya” Almaniya Bundesliqasının son mövsümündə turnir cədvəlini 5-ci pillədə başa vurub.