Qayınanası ilə evləndi, qayınatası..
    • 20-05-2024, 22:40
    • 327

Qayınanası ilə evləndi, qayınatası..

Hindistanın yerli mətbuatındakı xəbərlər bütün dünyada trend mövzusuna çevrilib.

News24.az xəbər verir ki, iki uşaq atası 45 yaşlı Sikəndər Yadav bir neçə həftə əvvəl həyat yoldaşını itirib. Ağrılı itkidən sonra tək qalan Yadav uşaqları ilə birlikdə həyat yoldaşının anası Gitanın yanına köçüb və orada yaşamağa başlayıb.

Az sonra cütlük gizli eşq yaşamağa başlayıb. Ancaq tezliklə kənd camaatı bu gizli sevgidən xəbər tutub.

Xəbər bütün kəndə yayılıb və bunu Gitanın əri öyrənib. Bəyin həm də keçmiş qayınatası olan kişi gizli şəkildə ikiliyi izləməyə başlayıb.

Qısa müddətdən sonra ikiliyi yaxalayan və kənd bələdiyyəsinə şikayət edən şəxs tədbir görülməsini istəyib.

Kənd muxtarı deyib ki, Yadavla Qitanın bir yerdə olmasına heç bir maneə yoxdur, amma evlənməlidirlər.

Qadının əri bu vəziyyətə etiraz etməyib və toy xərclərini öz üzərinə götürüb.

Cütlüyün toy videosu qısa zamanda trend mövzusuna çevrilib.

Qayınata toyu təşkil etdiyinə görə çox xoşbəxt olduğunu bildirib.

Hindistan mətbuatı da toydan sonra ər və arvadın ayrı evə köçdüyünü və indi uşaqları ilə burada yaşayacaqlarını yazıb.

Günel Məlikzadə