Səmada doqquz qəribə işıq sütunu peyda oldu - FOTO
    • 23-05-2024, 09:37
    • 138

Səmada doqquz qəribə işıq sütunu peyda oldu - FOTO

Yaponiyada da qeyri-adi təbiət hadisəsi baş verib. Yapon dənizi üzərində şüalar görünüb. 

News24.az sfera.az-a istinadla bildirir ki, bu qeyri-adi fenomen "İsaribi Koçu" adlanır. İnsanlar bu hadisəni yalnız bir neçə ildə bir dəfə müşahidə edə bilərlər.

Kiçik Daisen (Yaponiya) sahil kəndinin sakinləri dənizin üzərindəki gecə səmasında doqquz sirli işıq sütununun göründüyünü görəndə şoka düşüblər. Qeyri-adi mənzərənin fotosunu Maashii adlı istifadəçi “X”platformasında paylaşıb.

Şəkil mayın 11-də sosial şəbəkələrdə yayılıb və sürətlə viral olub. 12,1 milyon dəfədən çox baxılan fotonun başlığında şüaların kiçik bir balıqçı kəndi olan Tottori prefekturasının yaxınlığında olduğu qeyd edilib.

"Evimin qarşısında gecə səmaya baxanda bir neçə işıq zolağı gördüm" - deyə istifadəçi yazıb.

Şüalar Yapon dənizinin üzərində görünüb. Bir çox insanlar onların arxasında yadplanetlilərin ola biləcəyi fərziyəsini irəli sürüblər. Ancaq bu qeyri-adi fenomen üçün başqa bir məntiqli izah var. Yaponiyada balıq ovu ilə məşğul olan ərazinin yaxınlığında peyda olan bu işıq sütunları əslində dənizdəki balıqçı qayıqlarından gələn işıqların əksidir.

İnsanlar bir neçə ildən bir bu qeyri-adi hadisəni müşahidə edə bilirlər

Şüalar yadplanetlilərin varlığının sübutu olmasa da, çox maraqlıdır. Maaşinin sözlərinə görə, işıq buludlarda sınır. 

Tottori kənd  sakini olan Marcy adlı şəxs də təxminən on il əvvəl şəhərə köçdüyünü və bu müddət ərzində üç-dörd dəfə bu təbiət hadisəsinə şahid olduğunu bildirib.