44 illik yağış rekordu: Ölənlər var
    • Dünən, 21:50
    • 53

44 illik yağış rekordu: Ölənlər var

Pakistan musson yağışları ilə mübarizə aparır. Dünən Pəncab əyalətinin Lahor şəhərində 3 saat ərzində hər kvadratmetrə 350 millimetr yağış yağması ilə şəhərə son 44 ilin yağış rekordu müşahidə olunub.

News24.az xəbər verir ki, dövlət rəsmiləri 6 nəfərin həyatını itirdiyini açıqlayıb. Şəhərdə yolları, evləri və xəstəxanaları su basıb.

Rekord yağıntı səbəbindən Əllamə İqbal Beynəlxalq Hava Limanında bəzi reyslər də gecikib.

Səlahiyyətlilər çay daşqınları ilə bağlı xəbərdarlıq edərək, yaxın bir neçə gün ərzində daha çox yağış gözlənildiyini bildirib.

Qeyd edək ki, Xeyber-Paxtunxva əyalətində də musson yağışlarının yaratdığı daşqınlar səbəbindən insan itkiləri artır.

Ştatın təbii fəlakətlərlə mübarizə idarəsinin sözçüsü Ənvər Şehzad, son 3 gündür davam edən yağış və daşqınlarda həyatını itirənlərin sayının 12-si uşaq olmaqla 24-ə yüksəldiyini açıqlayıb.

Günel Məlikzadə