Nigeriyada etiraz: 17 nəfər həyatını itirdi
    • Dünən, 21:40
    • 36

Nigeriyada etiraz: 17 nəfər həyatını itirdi

Afrikanın Nigeriya ölkəsində yanlış idarəetmə, korrupsiya və yaşayışın baha olması ilə bağlı etirazlar keçirilib. Etirazlar toqquşmaya çevrilib.

News24.az xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında şiddətli insidentlər olub. Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində paytaxt Abucada 1, Kanoda 1, Ciqavada 2, Niger əyalətində 6, Bornoda 4, Kadunada 3 nəfərin həyatını itirdiyi bildirilib.

Polisin verdiyi açıqlamada ictimai əmlakın talan edilməsindən sonra baş verən hadisələrdə 300-dən çox etirazçının saxlanıldığı bildirilib.

Dünən baş verən zorakılıqdan sonra bu gün mağazalar, banklar, ticarət mərkəzləri və bəzi marketlər açılmayıb.


Günel Məlikzadə