İnsan keçmiş sevgilisini tamamilə unuda bilərmi? - ARAŞDIRMA
    • Dünən, 20:56
    • 62

İnsan keçmiş sevgilisini tamamilə unuda bilərmi? - ARAŞDIRMA

Bəzi insanlar keçmiş sevgililərini unutmaqda çətinlik çəkirlər. Həmin insanla bağlı xatirələri tez-tez xatırlayırlar.

Bəs bir insanı və yaxud hadisəni tamamilə unutmaq mümkündürmü?

News24.az Sfera.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ alimləri tədqiqat aparıblar. Bildirilib ki, sevgi, qorxu kimi vərdişə çevrilmiş fəaliyyətlər beyinin amiqdala adlı hissəsində, görüş, tarixi əşya adları kimi şüurlu şəkildə yaddaqalan məlumatlar isə hipokampusta saxlanılır.

“Məlumatlar əvvəlcə yaddaşda qısamüddətli olaraq formalaşır. Bu xatirələr təkrar yaşandıqda və xatırlandıqda isə möhkəmlənir. Beyin xatirələri yalnız bir predmetlə deyil, hadisənin yaşandığı bütün detalları ilə yadda saxlayır. Bu səbəbdən qoxu, görüntü və səs hər hansı bir xatirəmizin tətiklənməsinə səbəb ola bilir. Bir insanı və ya hadisəni tamamilə unutmaq mümkün olmasa da beyinlə bağlı aparılan son tədqiqatlar göstərir ki, müxtəlif üsullarla yaddaşda qalan xatirələri dəyişdirmək mümkündür. Bu üsulladan biri də yaddaşda ilişib qalan detallardan xilas olmaqdır. Sizə nəyisə xatırladan musiqidən, qoxudan və bir sıra detallardan uzaq duraraq xatirələrin gücünü azaltmaq mümkündür. Digər bir üsul isə xatirələri dəyişməkdir. Məsələn, yaddaşda ilişib qalan qırmızı rəngi yaşıl olaraq xatırlamağa başlasaq, qırmızı rəngi zamanla zehindən silmək mümkündür”.