"Qəzzada məktəblərin 85%-i zərər görüb"
    • Dünən, 21:20
    • 43

"Qəzzada məktəblərin 85%-i zərər görüb"

İsrail Qəzza zolağına oktyabrın 7-də başlayan və günü-gündən artan hücumlarını davam etdirir.

News24.az NTV-yə istinadən xəbər verir ki, İsrail hücumlarda məktəbləri, xəstəxanaları və mülki yaşayış məntəqələrini hədəf alır.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) sosial media hesabından verdiyi açıqlamada Qəzza zolağında məktəb binalarının 85 faizinin birbaşa hədəfə alındığını və ya zədələndiyini açıqlayıb.

Açıqlamada bəzi məktəblərin tamamilə yenidən qurulmasına ehtiyac olduğu ifadə edilərək, "Müharibə Fələstinli uşaqların bu gününü və gələcəyini məhv edir" ifadəsi işlədilib.

Günel Məlikzadə