Qəzza aclıq astanasında
    • 23-05-2024, 12:50
    • 169

Qəzza aclıq astanasında

Qəzzanın cənubundakı Rəfah şəhərinə iki həftəlik quru hücumu Fələstin ərazilərinə yardım və yanacaq daşımalarının tədricən azalmasına, Qəzzada humanitar böhranın dərinləşməsinə səbəb olub.

News24.az xəbər verir ki, Ümumdünya Ərzaq Proqram yaydığı bəyanatda Rəfahda ərzaq paylanmasını dayandırdığını elan edib.

Qeyd edək ki, ABŞ-ın maliyyələşdirdiyi yeni müvəqqəti limandan çatdırılma əməliyyatları da aclıqdan əziyyət çəkən fələstinlilərin boş yüklərin çoxunu ələ keçirməsindən sonra dayandırılıb.

Onu da xatırladaq ki, mayın 10-da İsrail qüvvələri Qəzzaya humanitar yardımın böyük hissəsinin keçdiyi Rəfah Sərhəd Qapısına nəzarəti ələ keçirib.

Tezliklə yaxınlıqdakı Kerem Şalom Sərhəd Keçidindən cəmi üçə yaxın yük maşını keçdi və icazə verilənin yalnız dörddə biri çatdırılıb. 

Davam edən münaqişə o deməkdir ki, həm Kerem Şalom, həm də Rəfah faktiki olaraq bloklanır. Tez xarab olan ərzaq və dərmanlar sərhədin Misir tərəfində yığılır.

Eyni zamanda Misir və İsrail arasında Rəfəh şəhərinin yenidən açılması ilə bağlı aparılan danışıqlar uğursuzluqla başa çatıb.

Bu vəziyyət xəstə və yaralı fələstinlilərin başqa yerlərdə müalicə almaq üçün bölgəni tərk etməsinə də mane olub.

BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) sözçüsü Abeer Etefa bildirib ki, Qəzzanın mərkəzində ərzaq yardımının məhdud paylanması davam edir, lakin agentliyin ərzaq ehtiyatlarının bir neçə gün ərzində tükənəcəyi gözlənilir.

Etefa, "Qəzzada humanitar yardım əməliyyatları iflasa uğramaq üzrədir. Ərzaq və digər ləvazimatlar böyük miqdarda gəlməsə, qıtlığa bənzər şərait yayılacaq" deyib.

BMT sahil zolağında 1,1 milyon insanın, əhalinin təxminən yarısının dəhşətli aclıqla üzləşdiyini və bölgənin aclığın astanasında olduğunu da bildirir.

Günel Məlikzadə