Təyyarə qəzası: Yaralılar var
    • 23-05-2024, 22:50
    • 221

Təyyarə qəzası: Yaralılar var

Londondan Sinqapura uçan təyyarənin şiddətli turbulentliyə girməsi nəticəsində yaralanan 20 nəfərin reanimasiyada olduğu açıqlanıb.

News24.az xəbər verir ki, Banqkok Samitivej Srinakarin Xəstəxanasının direktoru Adinun Kittiratanapaibool bu gün verdiyi açıqlamada hələ də müalicə altında olan 40 nəfərdən 22-nin onurğa beyni, altısının isə beyin və kəllə sümüyünün zədələndiyini bildirib.

41 nəfərin müalicə altında olduğunu bildirən Adinun, daha sonra bir nəfərin evə buraxıldığını bildirib.

Xaqtırladaq ki, çərşənbə axşamı Sinqapur Hava Yollarına məxsus SQ321 reysi Myanma üzərində uçarkən qəfil və həddindən artıq turbulentlik kimi xarakterizə edilən vəziyyətlə qarşılaşdıqdan sonra bir sərnişin şübhəli infarktdan ölüb. Onlarla insan isə yaralanıb.

Günel Məlikzadə