Mbappe 18 milyona malikanə aldı
    • 24-05-2024, 11:50
    • 261

Mbappe 18 milyona malikanə aldı

Fransalı hücumçu Kilian Mbappe Madriddə mülk alıb. 

News24.az xəbər verir ki, bu barədə “La Razon” məlumat yayıb.

Qeyd edək ki, futbolçu La Moraleja ərazisində 18 milyon avroya ev alıb. Mənbənin sözlərinə görə, alqı-satqı müqaviləsi mayın 22-də bağlanıb. Futbolçu “Sevilya”nın müdafiəçisi Serxio Ramosun villası və amerikalı aktyor Riçard Qirinin malikanəsinin yanında ev alıb.

Onu da bildirək ki, mayın 10-da Mbappe 2023/24 mövsümü başa çatdıqdan sonra Fransa klubundan ayrılacağını rəsmən açıqlayıb. Müqaviləsi 2024-cü il iyunun 30-da başa çatdığı üçün forvard azad agent kimi PSJ-dən ayrılır.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Əvvəllər o, tələbəsi olduğu Monakonun rənglərini qoruyub. Mətbuatın yazdığına görə, 2024-cü ilin qışında forvard Fransa klubu ilə müqavilənin sonunda yayda Real Madridə keçməyə qərar verib.

Artıq internetdə "Santyaqo Bernabeu"da fransız forvardın təsviri olan yaylıqlar satılmağa başlayıb. Ancaq keçid hələ rəsmi olaraq elan edilməyib. Bunun 2024-cü ilin iyununda baş verəcəyi gözlənilir.

Bundan əvvəl Mbappenin Olimpiadada çıxış edib-etməyəcəyi məlum olub.

Günel Məlikzadə