The Guardian: İsrail işğalçılara kəşfiyyat məlumatı verib
    • 24-05-2024, 16:16
    • 151

The Guardian: İsrail işğalçılara kəşfiyyat məlumatı verib

İsraildə təhlükəsizlik qüvvələri ilə işğalçılar arasında “gizli razılaşma” olduğu üzə çıxıb. 

News24.az xəbər verir ki, Britaniyanın “The Guardian” qəzetinə görə, hücumların arxasında İsrail təhlükəsizlik qüvvələri ilə işğalçılar arasında əməkdaşlıq dayanır. İşğalçılara yardım karvanlarının marşrut məlumatları verilir.

Qəzet xəbərlərini şahidlərin və hüquq müdafiəçilərinin ifadələri əsasında hazırlayır. İfrat sağçı "Tzav 9" qrupunun sözçüsü Rachel Touitou kəşfiyyat məlumatlarının İsrail rəsmilərindən alındığını təsdiqləyib.

Qeyd edək ki, Fələstinli yük maşını sürücüsü İsrail təhlükəsizlik qüvvələrinin hücumları sadəcə izlədiyini bildirib.

İşğalçıların fəaliyyətini sənədləşdirmək üçün Terkumya keçid məntəqəsinə gedən israilli insan haqları vəkili Sapir Sluzker Amran da oxşar açıqlamalar verib.

O, işğalçılar tərəfindən döyüldüyünü və İsrail hakimiyyətinin hücumu dayandırmaq üçün heç bir iş görmədiyini bildirib.

Günel Məlikzadə