500 mindən çox toyuq məhv ediləcək
    • 27-05-2024, 23:20
    • 201

500 mindən çox toyuq məhv ediləcək

Avstraliya Yayım Korporasiyası ABC-nin məlumatına görə, Meredit,Teranq şəhərlərində toyuq fermalarının sahibi Bradley McAuliffe keçən həftə ilk ölüm hallarını görüb və Viktoriya Kənd Təsərrüfatı Departamenti ilə əlaqə saxlayıb.

News24.az xəbər verir ki, McAuliffe, quş qripi hallarının əvvəlcə Meredith qəsəbəsindəki fermasında, sonra isə Teranq qəsəbəsində görüldüyünü, onun iki fermasının karantinə alındığını və bir həftə ərzində 500 mindən çox toyuqun məhv ediləcəyini bildirib.

İki təsərrüfatda müxtəlif növ quş qripi virusunun aşkar edildiyini izah edən McAuliffe, son zamanlarda təsərrüfatlarında H7N3 və H7N9 viruslarının görünməsi onları təəccübləndirib.

McAuliffe, Viktoriyanın cənub-qərbindəki böyük supermarketlərə və yerli müəssisələrə yumurta tədarük etdiklərini söyləyib və əlavə edib:

"Bu (toyuqların kəsilməsi) istehsalımızda və biznesimizdə 18-24 aylıq böyük bir boşluq yaradıb".

Viktoriya Səhiyyə Nazirliyi, Hindistana səyahət etdikdən sonra xəstələnən bir uşağın mayın 22-də quş qripi testinin müsbət çıxdığını açıqlayıb.

Qeyd edək ki, mayın 22-dən etibarən ABŞ Kənd Təsərrüfatı Departamenti (USDA) quş qripi səbəbindən Viktoriyadan gələn və ya tranzit olaraq bu bölgədən keçən toyuq məhsullarının idxalına məhdudiyyətlər qoyub.

Günel Məlikzadə