İsrail Rəfahın mərkəzinə daxil oldu
    • 28-05-2024, 14:57
    • 149

İsrail Rəfahın mərkəzinə daxil oldu

İsrail tanklarının Rəfahın mərkəzinə daxil olduğu açıqlanıb.

News24.az xəbər verir ki, şahidlərin Reuters agentliyinə verdiyi məlumata görə, Qəzza zolağının cənubunda Misir və ABŞ tərəfindən tənqid edilən quru əməliyyatının üçüncü həftəsində bir neçə İsrail tankı Rəfah şəhərinin mərkəzinə çatıb.

Tankların Rəfahın görməli yerlərindən biri olan Əl Avde məscidinin yaxınlığında göründüyü bildirilib.

İsrail ordusu qüvvələrinin Rəfah bölgəsində əməliyyatlarını davam etdirdiyini bildirsə də, onların şəhər mərkəzinə doğru irəlilədikləri barədə yayılan xəbərlərə münasibət bildirməyib. Ordu daha sonra açıqlama verəcəyini bildirib.

İsrail ordusu beynəlxalq xəbərdarlıqlara və Beynəlxalq Məhkəmənin (ICJ) hücumu dayandırmaq əmrinə baxmayaraq, Qəzzanın cənubunda genişmiqyaslı əməliyyat keçirir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqlamasına görə, əməliyyatın son üç həftəsində bölgəyə sığınan bir milyon fələstinli köç etmək məcburiyyətində qalıb.


Günel Məlikzadə