Meqan Markla "çılpaqlıq" tənqidi
    • 28-05-2024, 23:10
    • 155

Meqan Markla "çılpaqlıq" tənqidi

İngiltərədəki krallıq vəzifələrini tərk edərək 2020-ci ildə ABŞ-a köçən Şahzadə Harri və Meqan Markl son həftələrdə Nigeriyaya səfər ediblər.

News24.az xəbər verir ki, Nigeriyanın birinci xanımı Oluremi Tinubu cütlük ölkəni tərk etdikdən sonra keçirilən tədbirdə çıxış edib. “New York Post”un məlumatına görə, birinci xanım Meqan Marklın adını çəkmədən onun geyimini tənqid edib.

"İlin dəb hadisəsi" olaraq xarakterizə edilən Met Gala tədbirini tənqid edən Tinubu, "Uşaqlarımızı xilas etməliyik. Onların necə geyindiyini görürük. Met Gala keçirmirik. Çılpaqlıq hər yerdə var. Onlara deyin ki, bizim mədəniyyətimizdə çılpaqlığı qəbul etmirik, bu heç də gözəl deyil".

Markl daha əvvəl DNT testi nəticəsində 43 faiz nigeriyalı olduğunu açıqlanıb. Birinci xanım sözünə davam edib:

"Niyə Meghan Afrikanı axtarmaq üçün bu qədər yolu gəlib? Biz bunu unutmamalıyıq. Biz kim olduğumuzu bilirik. Kim olduğunuzu itirməyin".

O, heç kimin adını çəkməsə də, Nigeriyanın birinci xanımının bu yaxınlarda ölkəyə səfər edən Meqan Marklı hədəf aldığı iddia edilib. Şahzadə Harri və Meqan Markl beynəlxalq idman tədbiri olan Invictus Games-i tanıtmaq üçün Nigeriyaya səfər ediblər.

Cütlüyün səfərini dəyərləndirən ekspertlər Marklın geyim seçimini tənqid edərək, onun "daha təvazökar" geyinməli olduğunu iddia ediblər.

Moda mütəxəssisi qeyd edib ki, Markl "çox dəri nümayiş etdirib" və səfər Bukingem sarayı tərəfindən təşkil edilsəydi, yəqin ki, fərqli geyinərdi.

Günel Məlikzadə