İsrail çadır düşərgəsini vurdu
    • 28-05-2024, 17:06
    • 135

İsrail çadır düşərgəsini vurdu

İsrail ordusunun Rəfaha hücumları beynəlxalq reaksiyalara baxmayaraq, aramsız olaraq davam edir.

News24.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi İsrailin Rəfahın qərbində köçkünlərə sığınan çadırların yerləşdiyi əraziyə yenidən hücum etdiyini açıqlayıb.

Səhiyyə Nazirliyi hücum nəticəsində 7 fələstinlinin öldüyünü, onlarla insanın yaralandığını bildirib.

Həkimlərin və sakinlərin sözlərinə görə, İsrailin yeni hücumları Rafahın qərbindəki Mavasidə "təyin edilmiş təhlükəsiz zona" humanitar bölgəsində köçkün ailələrinin çadırlarını hədəf alıb.

Qeyd edək ki, Həmas mediası ölənlərin sayının 20 olduğunu açıqlayıb.


Günel Məlikzadə