"Fənərbağça"nın futbolçusu Kapadokyada
    • 28-05-2024, 23:59
    • 213

"Fənərbağça"nın futbolçusu Kapadokyada

"Fənərbaxça"nın futbolçusu Fred və həyat yoldaşı Monique Rodrigues tətil üçün gəldikləri Kapadokyaya heyran olarkən, onu tanıyan futbolsevərlərin foto çəkdirmək istəyini geri çevirməyiblər.

News24.az xəbər verir ki, Kapadokyada; Göreme, Uçhisar, Çavuşin, Avanos və Ürgüp gözəlliklərindən zövq alan Fred və ailəsi də hava şarına minərək Kapadokiyanın bənzərsiz gözəlliklərini səmadan seyr ediblər.

"Fənərbaxça"nın yarımmüdafiəçisi Fred səfərinə günəşin doğuşunu seyr edərək başlayıb və sehrli gözəl pəri bacalarının mənzərəsində bol-bol foto, video çəkdirib.

Braziliyalı futbolçu açıqlamasında, "Türkiyə həqiqətən hər şeydə gözəl ölkədir. Liqalar bitdikdən sonra Türkiyənin mədəni zənginliklərini və dünyada bənzərsiz yerlərini görmək üçün Kapadokyadayıq. Həqiqətən də füsunkar bir yerdir. Bura hər kəsin ziyarət etməli olduğu yerdir” deyib.

Günel Məlikzadə