Azərbaycanlı hərbçi itkin düşdü
    • 29-05-2024, 15:05
    • 239

Azərbaycanlı hərbçi itkin düşdü

Ukrayna ordusunun azərbaycanlı hərbçisi Yüzbaşiyev Emin Əsabəli oğlu Zaporojye istiqamətində itkin düşüb.

News24.az Report-a istinadən bildirir ki, Kirovoy-Roq Azərbaycanlıları Konqresinin sədri Rəmzi Rzayevin verdiyi məlumata görə, hərbçi artıq bir həftədir xidmət etdiyi Zaporojye cəbhəsində itkin düşüb.

Əslən Balakən rayonundan olan Emin Yüzbaşiyev Ukraynanın Kirovoy-Roq şəhərində doğulub boya-başa çatıb. Hazırda onun axtarışı ilə bağlı Kirovoy-Roq Azərbaycanlıları Konqresi dövlət qurumlarına ardıcıl müraciətlər edir.