ABŞ-da partlayış: Ölən və yaralananlar var
    • 29-05-2024, 17:01
    • 146

ABŞ-da partlayış: Ölən və yaralananlar var

ABŞ-ın Ohayo ştatının Yanqstaun şəhərinin mərkəzində birinci mərtəbədə bankın yerləşdiyi binada partlayış baş verib.

News24.az xəbər verir ki, binadan güclü tüstü qalxdığı görülüb.

Youngstown yanğınsöndürmə rəisi Barry Finley bildirib ki, partlayış nəticəsində bir bank işçisi ölüb, 7 nəfər yaralanıb.

Finli birinci mərtəbənin çökdüyünü və ekipajların qaz sızması olub-olmadığını müəyyən etməyə çalışdıqlarını bildirib.

Qeyd edək ki, bina boşaldılarkən ətraf küçələr nəqliyyatın hərəkəti üçün bağlanıb.

Günel Məlikzadə