FSB zabiti həmkarını öldürdü
    • 29-05-2024, 21:54
    • 140

FSB zabiti həmkarını öldürdü

Kalmıkiya Respublikasında Federal Təhlükəsizlik Xidmətinin zabiti spirtli içki qəbul edərkən həmkarını güllələyib.

News24.az Lent.az-a istinadla bildirir ki, mayın 28-də FSB-nin Kalmıkiyanın Çernozemelski rayonu üzrə əməkdaşı Baatr Boltırov həmkarı Aleksandr Badmayevlə içki içib.

Bu zaman Boltırov karbin götürərək Badmayevi güllələyib. FSB əməkdaşı hadisə yerində ölüb.

Qətllə bağlı cinayət işi açılıb, Boltırov saxlanılıb.