Çin bu tarixdə ərəb ölkələri ilə sammit keçirəcək
    • 30-05-2024, 11:16
    • 108

Çin bu tarixdə ərəb ölkələri ilə sammit keçirəcək

Çin 2026-cı ildə ərəb ölkələri ilə ikinci sammit keçirəcək.

News24.az xəbər verir ki, bu məlumatı Çin prezidenti Si Cinpin açıqlayıb.

“Çin 2026-cı ildə ikinci Çin-Ərəb sammitinə ev sahibliyi edəcəyini elan etməkdən məmnunam. İnanıram ki, bu, Çin və ərəb ölkələri arasında münasibətlərdə yeni mərhələ olacaq”, - deyə Si Cinpin Çin-Ərəb Əməkdaşlıq Forumunun 10-cu Nazirlər Görüşünün açılış mərasimində bildirib.

Çin lideri qeyd edib ki, Çin ərəb ölkələri ilə uzunmüddətli sülh və sabitliyi təşviq edərək ən aktual problemləri həll etmək üçün işləməyə hazırdır. Bundan əlavə, Si Cinpinin sözlərinə görə, Çin bu ölkələrlə süni intellekt sahəsində əməkdaşlığı gücləndirmək istəyir.

Mehriban Mirzəzadə