"Tam müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik"
    • 30-05-2024, 08:55
    • 148

"Tam müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik"

Çin prezidenti Pekində keçirilən Çin-Ərəb Dövlətləri Əməkdaşlıq Forumunun 10-cu Nazirlər Konfransında çıxış edib.

News24.az xəbər verir ki, Qəzzadakı humanitar böhranı gündəminə daxil edən Si, bölgədə iki dövlətli həllə çağırıb. O, Çinin Qəzzada humanitar böhranın aradan qaldırılmasına dəstəyini davam etdirəcəyini bildirib.

Si, "Biz tam müstəqil Fələstin dövlətinin qurulmasını dəstəkləyirik. Müstəqil Fələstin dövlətinin BMT-yə tam üzvlük tələbi yerinə yetirilməlidir" deyib.

O, regiondakı münaqişələrdən sonra yenidənqurmaya dəstək ideyasını qəbul etdiklərini bildirib. Bölgəyə maliyyə dəstəyi veriləcəyini ifadə edən Si, Qəzzaya təcili humanitar yardıma dəstək olaraq Yaxın Şərq Fələstin Qaçqınlara Yardım Agentliyinə 3 milyon dollar bağışlayacaqlarını bildirib.

Qeyd edək ki, Çin 2026-cı ildə ikinci Çin-Ərəb sammitinə ev sahibliyi edəcək.

Günel Məlikzadə