BMT: Qəzzaya yardım axını 67 faiz azalıb
    • 30-05-2024, 11:51
    • 78

BMT: Qəzzaya yardım axını 67 faiz azalıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rəfah Sərhəd Qapısının bağlandığı mayın 7-dən bu yana Qəzzaya yardım axınının 67 faiz azaldığını bildirib.

News24.az xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında deyib.

Ərazidəki həmkarlarından aldığı məlumata istinad edən Dujarrik, İsrailin bombardmanlarının intensiv şəkildə davam etdiyini bildirib.

Qeyd edək ki, etibarən Qəzzaya yardım axınının 67 faiz azaldığını qeyd edən Dujarrik bunun əsas səbəbinin Rəfah Sərhəd Qapısının bağlanması olduğunu vurğulanıb.

Dujarric səhiyyə və kommunal xidmətlərin bir-bir bağlandığını, hücumlar səbəbiylə yerdəyişmələrin də resursların paylanmasına təsir etdiyini bildirib.

Rəfahda yalnız 1 xəstəxananın qismən xidmət göstərə bildiyini qeyd edən Dujarrik BMT və tərəfdaşlarının bütün şərtlərə baxmayaraq əllərindən gələni etməyə çalışdıqlarını da əlavə edib.

Mehriban Mirzəzadə